Prezident İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı bu ölkə lideri Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də ölkəmizin ev sahibliyi edəcəyi COP29 çərçivəsində genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Banqladeş xalqına əmin-amanlıq və rifah diləyirəm"