KİV: ABŞ-də körpünün uçması nəticəsində azı 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

KİV: ABŞ-də körpünün uçması nəticəsində azı 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

ABŞ-nin şərqində Baltimorda körpünün uçması nəticəsində azı altı nəfərin öldüyü güman edilir.

APA xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Həlak olanların adları hələlik açıqlanmır.

Baltimor polisi daha əvvəl körpünün uçmasının terror aktı olduğuna dair heç bir əlamət olmadığını bildirmişdi.

Həmçinin Amerikanın Merilend ştatında körpünün uçmasından sonra fövqəladə vəziyyət elan edilib.

***

26.03.2024

Saat 11:31

ABŞ-ın Baltimor şəhərində yük gəmisi körpüyə çırpılıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində körpü uçub.

Francis Scott Key körpüsündə baş verən qəzadan sonra körpü nəqliyyatın hərəkəti üçün bağlanıb.

Körpüdə olduğu ehtimal edilən 7 inşaat işçisi və 4 avtomobillə əlaqədar xilasetmə əməliyyatı davam edir.