İsrail ordusu HAMAS-ın hərbi qanadının rəhbər müavinini zərərsizləşdirib

İsrail ordusu HAMAS-ın hərbi qanadının rəhbər müavinini zərərsizləşdirib

İsrail ordusu "HAMAS"ın hərbi qanadı komandirinin müavini Mərvan İssanı zərərsizləşdirdiyini bildirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari mətbuat konfransında deyib.

Məlumata əsasən. M.İssa bu ayın əvvəlində Qəzzanın mərkəzində İsrailin hava hücumu nəticəsində öldürülüb.

D.Haqari deyib ki, M.İssadan başqa, martın 10-da İsrail ordusunun "Nuseyrat" qaçqın düşərgəsinə endirdiyi zərbədə HƏMAS-ın yüksək rütbəli komandirlərindən biri həlak olub.