İsveçrə bankları rusiyalıların hesablarını bağlamağa başlayıb

İsveçrə bankları rusiyalıların hesablarını bağlamağa başlayıb

Bəzi İsveçrə bankları eyni vaxtda həm İsveçrə, həm də Rusiya pasportlarına sahib olan vətəndaşların hesablarını bağlamağa başlayıb.

“Birxeber.Az”un məlumatına görə, bu barədə “Vedomosti”yə müsahibəsində “Leolex” hüquq bürosunun idarəedici partnyoru Roman Kudinov danışıb.

R. Kudinov qeyd edib ki, “UBS” və “Credit Suisse” banklarının ikili vətəndaşlığı olan bir neçə müştərisi bu problemlə üzləşib. Onların hamısı İsveçrədə vergi ödəyir, lakin Rusiyada gəlir əldə etmir və vergi ödəmir.

Hazırda ofis müştərilərinin hüquqlarını müdafiə etmək üçün məcburiyyət və ayrı-seçkilik iddiaları ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Öz növbəsində “UBS” nümayəndəsi “Vedomosti”nin sorğusunu şərh etməkdən imtina edib.