Yaponiyada qida əlavəsi qəbul edənlər ölüb, yüz nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyada qida əlavəsi qəbul edənlər ölüb, yüz nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyada tərkibində qırmızı mayalı düyü olan qida əlavələri qəbul edən iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Kobayashi Pharmaceutical" əczaçılıq şirkətinin məhsullarını qəbul edən 100 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan ikisi ölüb.

Agentliyin məlumatına görə, hökumət 6000-ə yaxın qidanı özündə birləşdirən müalicəvi xüsusiyyətləri bu növ məhsula təcili baxış keçirəcək.