Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayırıb

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayırıb

Dünya Bankının Direktorlar Şurası inkişaf və bərpa siyasətini dəstəkləmək üçün kreditin bir hissəsi kimi Ukraynaya 1,5 milyard dollar ayrılması qərarını təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal xəbər verib.

O qeyd edib ki, bu məbləğin 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan daxil olacaq. Vəsaitlər martın sonuna kimi köçürüləcək.

Şmıqal Dünya Bankına, Yaponiya və Böyük Britaniya hökumətlərinə Ukraynada makromaliyyə sabitliyinin qorunmasına göstərdikləri dəstəyə və töhfəyə görə təşəkkür edib.

“Biz bu resursları ən mühüm büdcə xərclərini ödəməyə yönəldəcəyik: sosial, humanitar məqsədlər və bərpa üçün”.