AVRO 2024: Polşa Uelsi məğlub edərək qitə birinciliyinə qoşulub - QRUPLAR

AVRO 2024: Polşa Uelsi məğlub edərək qitə birinciliyinə qoşulub - QRUPLAR

Futbol üzrə Avropa çempionatının bütün qruplarında iştirakçılar bəlli olub.

Birxeber.Az xəbər verir ki, Uels-Polşa oyunu ilə son iştirakçının adına aydınlıq gəlib.

Kardiff şəhərindəki “Cardiff City Stadium”da keçirilən oyunda polşalılar qalib gəlib.

Bununla da qrup mərhələsinin sonuncu iştirakçısı qitə birinciliyində mübarizəyə qoşulub.

Altı qrupda baş tutacaq mübarizədə komandaların ardıcıllığı belədir:

A qrupu:

Almaniya

İsveçrə

Şotlandiya

Macarıstan

B qrupu:

İtaliya

Xorvatiya

İspaniya

Albaniya

C qrupu

Sloveniya

Danimarka

İngiltərə

Serbiya

D qrupu

Avstriya

Fransa

Niderland

Polşa

E qrupu

Rumıniya

Belçika

Slovakiya

Ukrayna

F qrupu

Çexiya

Türkiyə

Portuqaliya

Gürcüstan

Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münxen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə 26 iyunda Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.