Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib

“Amerika Birləşmiş Ştatları “Crocus City Hall”da törədilən terror aktında Vaşinqton, London və Kiyevin əli olduğunu inkar edir və bununla bağlı heç bir sübut yoxdur”.

“Birxeber.Az” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Əvvəla, bu, sadəcə olaraq, doğru deyil. Biz açıq şəkildə bildirdik ki, Ukraynanın bu işə qarışdığına dair heç bir sübut yoxdur”, - deyə o bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib ki, “Crocus City Hall”da terror aktı ilə bağlı ilkin məlumatlar Ukrayna izini təsdiqləyir.