Tblisi sakinləri Gürcüstan millisinin Avropa çempionatında iştirakını bayram ediblər - FOTO - VİDEO - YENİLƏNİB

Tblisi sakinləri Gürcüstan millisinin Avropa çempionatında iştirakını bayram ediblər - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstan millsinin futbol üzrə Avropa çempionatında çıxış etməsi Tblisidə coşqu ilə qarşılanıb.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər əllərində Gürcüstan bayrağı ilə paytaxt küçələrində komandalarının qələbəsini bayram ediblər.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirlyi də Gürcüstan millisini qələbə münasibətilə təbrik edib.

“Futbol üzrə Gürcüstan milli yığma komandasının tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə dost və qardaş Gürcüstanı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!”, - səfirliyin "Facebook" hesabındakı paylaşımında qeyd edilib.

***

26.03.2024

Saat 23:43

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Birxeber.Az xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.

Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.

Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.

Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Burda rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.