Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Ələddin İmanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəratidə baş verməsi araşdırılır.