Türkiyə Milli Müdafiə Nazirliyi İsraillə əməkdaşlıq iddialarının olmadığını bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi İsraillə əməkdaşlıq iddialarının olmadığını bildirib

İsraillə hərbi təlim və müdafiə sənayesində əməkdaşlıq da daxil olmaqla heç bir fəaliyyət yoxdur.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail Qəzzada xəstəxana, məktəblər, ibadət yerlərini hədəf alıb:

"Hər zaman Fələstinə dəstək verən Türkiyə Cümhuriyyətinin fələstinlilərə zərər verəcək bir fəaliyyət göstərməsi və ya bu işə qarışması mümkün deyil. Bu çərçivədə Milli Müdafiə Nazirliyinin İsraillə hərbi təlim və müdafiə sənayesi əməkdaşlığı çərçivəsində heç bir fəaliyyəti yoxdur"