Gəncədə zəncirvari yol qəzası olub - FOTO

Gəncədə zəncirvari yol qəzası olub - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Dönmə əməliyyatı yerinə getirən "QAZ 3110" markalı minik maşınına "Mercedes" markalı avtomobil arxadan çırpılıb.

Bu zaman idarəetmədən çıxan "QAZ 3110" əks yolda hərəkət edən "VAZ 2107"yə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürüclərin sözlərinə görə, qəzaya səbəb olan "Mercedes"in sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.