Bakıda anbarda yanğın olub

Bakıda anbarda yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 170 m² olan anbarın içərisində 50 m² sahədə yığılan su qızdırıcıları və kombi aparatları yanıb. Anbarın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.