Gədəbəydə güclü qar yollarda çətinliklər yaradıb - FOTO

Gədəbəydə güclü qar yollarda çətinliklər yaradıb - FOTO

Gədəbəy rayonuna güclü qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.

Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10 sm-ə, ucqar kəndlərdə isə 15-20 sm-ə çatır. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb. Əraziyə DYP əməkdaşları cəlb olunub. Hazırda müvafiq qurumlar tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tədbirlər görülür.