Ağstafada minik maşını aşıb, xəsarət alanlar var

Ağstafada minik maşını aşıb, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğu və 2005-ci il təvəllüdlü Əhmədli Jalə Pərviz qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.