Türkiyədə avtobus qəzaya uğrayıb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə avtobus qəzaya uğrayıb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə baş verən avtobus qəzasında 14 nəfər yaralanıb.

APA NTV-yə istinadən xəbər verir ki, onlardan 2-nin vəziyyəti ağırdır.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

***

15:26

Türkiyədə sərnişinlə dolu avtobus qəzaya uğrayıb.

APA NTV-yə istinadən xəbər verir ki, qəza Sivas bölgəsindən 45 kilometr aralıda yerləşən Kurtlapa kəndi yaxınlığında baş verib.

Qəza zamanı avtobusda 40 sərnişinin olduğu bildirilir.

İlkin məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.