Goranboyda güclü külək fəsadlar törədib

Goranboyda güclü külək fəsadlar törədib

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.