İranın Rusiyadakı səfiri: “3+3” formatı regiondakı problemlərin həlli üçün ən faydalı platformadır

İranın Rusiyadakı səfiri: “3+3” formatı regiondakı problemlərin həlli üçün ən faydalı platformadır

“3+3” formatı regiondakı problemlərin həlli üçün ən faydalı platformadır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali keçirdiyi mətbuat konfransında NEWS.ru portalının əməkdaşının sualını cavablandırarkən deyib.

O, konsultativ platformanın əvvəlki iclasının ötən il Tehranda keçirildiyini xatırladıb və bu il yeni görüş olacağına ümid etdiyini söyləyib.

“Qeyd etmək vacibdir ki, digər ölkələrin, “fövqəlgüclər”in istənilən müdaxiləsi vəziyyəti gərginləşdirir. Digər ölkələrin mövcudluğu Cənubi Qafqazda nizamlanmaya mane olur. Bu regionda altı ölkə var - Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan. Məhz elə bu ölkələr də region üzrə ən yaxşı ekspertlərdir”, - diplomat bildirib.