Brüsseldə polis fermerlərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

Brüsseldə polis fermerlərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

Belçika paytaxtı Brüsseldə polis fermerlərin etiraz aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Etirazçılar polisə fişəng, pirotexniki maddə və yumurta atıblar, polis maneələri qarşısında tonqallar yandırıblar.

Fermerlər Avropa İttifaqı üzvü olmayan ölkələr, o cümlədən Ukrayna ilə çoxsaylı azad ticarət sazişlərinə qarşı çıxırlar. Onların fikrincə, Avropa Komissiyası tərəfindən irəli sürülən bu cür razılaşmalar Avropa bazarına ucuz idxal ucbatından qitə istehsalçılarını açıq şəkildə uduzmuş vəziyyətə salır.

Fermerlər həm də onları zərərlə işləməyə məcbur etməyən münasib alış qiymətləri tələb edirlər.