FTX direktoru: "Crocus"da terroru islamçı radikallar hazırlayıb, onlara Ukrayna xüsusi xidmət orqanları yardım edib

FTX direktoru:  "Crocus"da terroru islamçı radikallar hazırlayıb, onlara Ukrayna xüsusi xidmət orqanları yardım edib

"Crocus"da terror aktını islamçı radikallar hazırlayıb, bütün bunlara isə Ukrayna xüsusi xidmət orqanları yardım edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, “Crocus”da terror aktını sifariş edən şəxs hələ müəyyən edilməyib.

FTX direktoru qeyd edib ki, Rusiya Federasiyasında terror təhlükəsi qalmaqdadır: "Biz əvvəllər Kiyevin Moskva vilayətində törədilən terror aktında əli olması barədə məlumat almışdıq. Biz hesab edirik ki, Ukrayna Təhlükəsizlik Xidməti terror təşkilatı kimi tanınmalıdır. Terror aktının hazırlanması ilə bağlı Vaşinqton tərəfindən ötürülən məlumatlar ümumi xarakter daşıyırdı və Rusiya xüsusi xidmət orqanları buna cavab verib".