Qaxda kişi həyat yoldaşına xəsarət yetirib

Qaxda kişi həyat yoldaşına xəsarət yetirib

Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb. Faktla bağlı bağlı araşdırma aparılır.