Federasiya prezidenti məşhur rusiyalı güləşçinin Bakıda lisenziya qazanacağına ümid edir

Federasiya prezidenti məşhur rusiyalı güləşçinin Bakıda lisenziya qazanacağına ümid edir

Ümid edirəm ki, Abdülraşid Sadulayev və Artur Nayfonov Bakıdakı yarışda lisenziya məsələsini həll edəcəklər.

"Report" xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili Azərbaycanda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri barədə TASS-a açıqlamasında deyib.

Federasiya rəsmisi sərbəst güləşçilərdən Nayfonovun 86 kq-da, Sadulayevin isə 97 kq-da mübarizə aparacağını söyləyib.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Finala vəsiqə qazanan idmançılar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Abdülraşid Sadulayev ikiqat olimpiya, dördqat dünya və Avropa çemionudur.