Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

Gürcüstanda vətəndaşların banklardakı əmanətləri azalıb

Gürcüstan vətəndaşlarının banklardakı əmanətləri azalıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Milli Bankın məlumatında deyilir.

Fevralda bank sektorunda depozitlərin həcmi ay ərzində 0,36 % və ya 182,6 milyon lari (67,6 milyon ABŞ dolları) azalıb.

Qeyd edək ki, ümumilikdə gürcülərin banklarda 50,5 milyard lari (18,7 milyard ABŞ dolları) həcmində əmanətləri var.