Azad edilmiş ərazilərdə daha 33 mina, 121 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 33 mina, 121 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.03.2024 - 24.03.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 462,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.