Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, matçlar 27 və 29 martda olacaq.

Martın 27-də saat 17:00-da “Murov Az Terminal”ın idman zalında MOİK və "Neftçi" komandaları üz-üzə gələcəklər. Eyni saatda "Azərreyl" və “Murov Az Terminal” Voleybol Mərkəzində mübasibətlərə aydınlıq gətirəcəklər.

Martın 29-da “Murov Az Terminal” MOİK-i sınağa çəkəcək. Bu qarşılaşma saat 17:00-da başlanacaq.

Qeyd edək ki, "Azərreyl" 41 xalla liderdir. “Murov Az Terminal” 31 xalla ikinci, "Neftçi" 22 xalla üçüncü pillədə qərarlaşıb. Çempionatda çıxışlarını dayandıran komandalardan “Xarı Bülbül Şuşa”nın 16, “Xarı Bülbül Laçın”ın 4 xalı var. Sonuncu sıradakı MOİK-in xalı yoxdur.