"Crocus"da törədilən terrorla bağlı daha bir şəxs barəsində həbs qərarı çıxarılıb

"Crocus"da törədilən terrorla bağlı daha bir şəxs barəsində həbs qərarı çıxarılıb

Moskvanın Basmannıy Rayon Məhkəməsi "Crocus"da törədilən terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən səkkizinci şəxsin həbsi barədə qərar qəbul edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, məhkəmə Əlişir Kasımov barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

“Crocus”da terror aktı ilə bağlı iş üzrə səkkizinci şübhəli Əlişir Kasımov məhkəmədə bildirib ki, terrorçuların planlarından xəbəri olmayıb, sadəcə olaraq, "Avito" vasitəsilə onlara mənzil kirayə verib.