“Yüksəliş”də qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb

“Yüksəliş”də qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb.

"Birxeber.Az"un xəbərinə görə, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.

Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.