“Neftçi”nin basketbolçusu “Sumqayıt”a keçib

“Neftçi”nin basketbolçusu “Sumqayıt”a keçib

“Neftçi” klubunun basketbolçusu Kamran İmanov “Sumqayıt”a keçib.

“Report” xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 metr boya malik hücumçu bundan sonra “Sumqayıt”ın formasını geyinəcək. Kamran İmanov bu mövsüm “Neftçi”nin heyətində 2 oyunda meydançaya çıxıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Basketbol Liqasında 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb. Komanda XII turun matçını bu gün “Sərhədçi”yə qarşı keçirəcək.