Qazaxın axtarışda olan sakini saxlanılıb

Qazaxın axtarışda olan sakini saxlanılıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.
Bu barədə •birxeber.az Penitensiar Xidmətdən bildirilib.
Qeyd edilir ki, o, istintaq orqanına təhvil verilib. T.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olub.