İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib

İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib

İsrail müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfərini ləğv edib.

Birxeber.Az BBC-yə istinadən xəbər verir ki, qərar ABŞ-ın BMT TŞ-də Qəzzada atəşkəs çağırışı edən qətnaməni veto etməməsindən sonra qəbul edilib. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni bu davranışı ilə əvvəlki siyasətini tərk etməkdə ittiham edib.

Belə ki, münaqişə başlayandan ABŞ BMT TŞ-nin döyüşlərə fasilə verilməsi və ya atəşkəsə dair 3 qətnaməsini veto edib, digər iki qətnammə isə Rusiya və Çin tərəfindən veto edilib.

Bazar ertəsi keçirilən səsvermədə ABŞ Ramazan ayının qalan günləri üçün – 2 həftəlik dərhal atəşkəs çağırışı edən, həmçinin girovların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışı edən qətnamə ilə bağlı tərəfsizlik nümayiş etdirib. TŞ-nin Böyük Britaniya da daxil olmaqla digər 14 üzvü qətnamənin lehinə səs verib, nəticədə sənəd qəbul edilib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Entoni Blinken daha əvvəl Rəfahda quru əməliyyatlarının daha çox mülki şəxsin həlak olması riski yaratdığını və bunun Həması məğlub etmək yolu olmadığını bəyan edib.

Qətnamənin qəbul edilməsindən sonra BMT Baş katibi Antonio Quterreş onun yerinə yetirilməli olduğunu və əksinin bağışlanmaz olduğunu deyib.