Dağlıq rayonlara qar yağıb, 10 dərəcə şaxta olub- FAKTİKİ HAVA

Dağlıq rayonlara qar yağıb, 10 dərəcə şaxta olub-  FAKTİKİ HAVA

Martın 26-sı saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 54 sm, Qrızda 3 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Şəkidə 19 mm, Qəbələ, Balakəndə 18 mm, Oğuzda 16 mm, Göyçay, Şahdağda 13 mm, Qrız, Xaltan, Şabran, Quba, Qusar, Tovuz, Ordubad, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Şahbuz, Lerik, İsmayıllı, Altıağac, Şəmkir, Ceyrançöl, Naxçıvan, Şamaxı, Ağdam, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Culfa, Naftalan, Gəncə, Şərur, Sədərək, Qobustan, Tərtər, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Şahdağda 20 m/s, Lerikdə 19 m/s, Yardımlıda 18 m/s, Naxçıvan, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Kürdəmir, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 4, Aran rayonlarında 6, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub.