Paşinyan: Ermənistan KTMT-nin qərarlarını bloklamır, onların qəbulunda da iştirak etmir

Paşinyan: Ermənistan KTMT-nin qərarlarını bloklamır, onların qəbulunda da iştirak etmir

2023-cü ilin sentyabrından etibarən Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur və ölkə KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmir.

APA-nın verdiyi xəbərə görə, bunu Yunanıstanın “Ekathimerini” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan KTMT-nin qərarlarını bloklamır, lakin onların qəbulunda da iştirak etmir.

“Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmaq və inkişaf etdirmək üçün açıqdır və regionda sabit və davamlı sülhün bərqərar olması ilə bağlı aydın mövqeyə malikdir. Bu məqsədlə biz təhlükəsizliklə bağlı əlaqələrimizi şaxələndiririk”, - deyə Paşinyan bildirib.