Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib, 147 şübhəli saxlanılıb - YENİLƏNİB

Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib, 147 şübhəli saxlanılıb - YENİLƏNİB

Türkiyənin 30 şəhərində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar zamanı 147 şübhəli şəxs saxlanılıb.

***

10.58

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə TRT Haber məlumat yayıb.

Qeyd olunub ki, 17 şübhəlinin tutulduğu əməliyyatda 10 nəfərin axtarışları davam edir.