Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb

Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb

Ağstafada polis əməkdaşları qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkar ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.