Parlament diplomatik xidmət əməkdaşlarının əməyinin ödənilməsi qaydasına dəyişikliyi qəbul edib

Parlament diplomatik xidmət əməkdaşlarının əməyinin ödənilməsi qaydasına dəyişikliyi qəbul edib

Parlament diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi qaydasına dəyişikliyi qəbul edib.

“Birxeber.Az”un xəbərinə görə, bu, Milli Məclisin bu bün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı bu Qanuna və Azərbaycan Respublikasının aidiyyəti normativ hüquqi aktlarına uyğun olaraq həyata keçiriləcək. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməkhaqqı sistemi - məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən dövlət məvacibindən və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada tətbiq edilən fərqləndirici əmsaldan ibarət olacaq. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.

Qanunun hazırki variantı isə belədir:

“Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir”.

Milli Məclis Milli Məclis
Milli Məclisin komitələrinin birgə iclasında dərmanların bahalaşması müzakirə olunub

Milli Məclisin komitələrinin birgə iclasında dərmanların bahalaşması müzakirə olunub

Milli Məclis Milli Məclis
MM-in komitə sədri: "Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı"

MM-in komitə sədri: "Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı"

Milli Məclis Milli Məclis
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Milli Məclis Milli Məclis
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında memorandum imzalanıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında memorandum imzalanıb

Milli Məclis Milli Məclis
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclis Milli Məclis
Deputatların maaşı artırılır - EKSKLÜZİV

Deputatların maaşı artırılır - EKSKLÜZİV

Milli Məclis Milli Məclis
Milli Məclisin sonuncu iclası mayın 31-də keçiriləcək, gündəlikdə 14 məsələ var

Milli Məclisin sonuncu iclası mayın 31-də keçiriləcək, gündəlikdə 14 məsələ var

Milli Məclis Milli Məclis
Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

Milli Məclis Milli Məclis
Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi təşkil olunub, MM sədri tədbirdə iştirak edib

Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi təşkil olunub, MM sədri tədbirdə iştirak edib

Milli Məclis Milli Məclis
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə təsdiqlənib

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə təsdiqlənib

Milli Məclis Milli Məclis
Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

Milli Məclis Milli Məclis
Milli Məclisə yeni Aparat rəhbəri təyin edilib - FOTO

Milli Məclisə yeni Aparat rəhbəri təyin edilib - FOTO