AVRO-2024-ə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşir

AVRO-2024-ə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşir

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.

"Report"un məlumatına görə, pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart
AVRO-2024-ün pley-off mərhələsinin finalı

21:00. Gürcüstan - Yunanıstan
23:45. Ukrayna - İslandiya
23:45. Polşa - Uels

Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa - Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.