Yaponiyada ABŞ dəniz piyadalarının analoqu olan ilk bölmə yaradılıb

Yaponiyada ABŞ dəniz piyadalarının analoqu olan ilk bölmə yaradılıb

Yaponiya Silahlı Qüvvələri Şərqi Çin dənizindəki adalarda yerləşdirilməyə daim hazır olacaq 3 000 hərbçidən ibarət ABŞ dəniz piyadalarının analoqunun ilk bölməsinin formalaşdırılmasını başa çatdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, amfibiya tipli mobil qüvvələr cənub-qərbdəki Küsü adasına yerləşdirilib, lakin onlar müntəzəm olaraq yer dəyişdirəcəklər, o cümlədən Tayvanın bilavasitə yaxınlığındakı Miyako və İsiqaki adalarında olacaqlar.

Bu bölmə üç alt bölmədən ibarətdir ki, onlar rotasiya əsasında irəli mövqelərdə qərarlaşacaq, mümkün münaqişə yerinə əlavə yerləşdirmə zamanı tam hazırlıq vəziyyətində olacaq və ya əlavə təlim keçəcəklər. ABŞ dəniz piyadalarının analoqunun yaradılması Çinə qarşı çəkindirmə vasitəsi kimi qiymətləndirilir.

Amfibiya mobil qüvvələrin regiondakı ABŞ hərbçiləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyi ehtimal olunur. Onlar həmçinin Tayvan yaxınlığındakı Yapon adalarında artıq yerləşdirilən və ya əlavə olaraq yerləşdiriləcək Yaponiyanın raket bölmələrinə dəstək verəcəklər.