KİV Fransanın hansı halda Rusiya ilə münaqişəyə girəcəyini açıqlayıb

KİV Fransanın hansı halda Rusiya ilə münaqişəyə girəcəyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri tamamilə darmadağın olsa, Fransa Rusiya ilə birbaşa qarşıdurmaya girə bilər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə LCI telekanalı hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fransa hərbçilərinin Ukraynaya müdaxiləsi üçün bir neçə ssenari mövcuddur və ən təhlükəli variant NATO qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərində və səngərlərində yerləşdirilməsidir.

“Bu ssenarilər yalnız Ukrayna cəbhəsi dağılacağı təqdirdə nəzərdən keçirilə bilər. Bu, üçüncü Dünya Müharibəsidir”, - məlumatda deyilir.