İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə yeni hücumlar həyata keçirib

İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə yeni hücumlar həyata keçirib

İsrailin Müdafiə Qüvvələri Livanda “Hizbullah” hərəkatının bir neçə hərbi obyektinə zərbələr endirib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

"Bir müddət əvvəl İsrail Ordusunun pilotsuz uçuş aparatı Əbu Çaç rayonunda hərbi mövqedə “Hizbullah”ın terrorçularını müəyyən edib. İsrail qırıcıları bu mövqeyə, eləcə də orada yerləşən terrorçulara hücum ediblər. Bundan başqa, qırıcı təyyarələr “Hizbullahın” Mays əl-Cabal rayonundakı hərbi obyektlərinə hücum edib”, - məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, gün ərzində İsrail ərazisinin bir sıra ərazilərində Livandan raket və mərmi atışları qeydə alınıb. “Cavab olaraq, İsrail ordusu artilleriyası atəşin gəldiyi ərazilərə zərbələr endirib", - mətbuat xidməti qeyd edib.