Martin Qriffits BMT-dəki vəzifəsindən ayrılacaq
BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım məsələləri üzrə koordinatoru Martin Qriffits vəzifəsindən gedəcəyini deyib.
APA xəbər verir ki, bu barədə BMT rəsmisi "X" hesabında bildirib.
"3 illik fəaliyyətimdən sonra BMT Baş katibi Antonio Quterreşi bu ilin iyun ayında istefa vermək niyyətim barədə məlumatlandırdım", o paylaşımında bildirib.