İsrailin XİN başçısı: Girovlar azad edilənədək döyüşləri davam etdirəcəyik

İsrailin XİN başçısı: Girovlar azad edilənədək döyüşləri davam etdirəcəyik

İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkəsi bütün girovlar azad edilənə qədər Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcək.

“Report” xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində yazıb.

“İsrail dövləti atəşi dayandırmayacaq. Biz HƏMAS-ı məhv edəcəyik və oğurlananların sonuncusu evə qayıdana qədər mübarizəmizi davam etdirəcəyik”, - diplomat yazıb.

Öz növbəsində HƏMAS hərəkatı müsəlmanların Ramazan ayı ərzində Qəzzada atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının bazar ertəsi qəbul etdiyi qətnaməni alqışlayıb. Həmas daimi atəşkəsə ehtiyac olduğunu və dərhal əsir mübadiləsinə hazır olduğunu bəyan edib.