Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır

Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır

“Rosatom” ilə “Akkuyu AES”in tikintisinə dair razılaşma ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsini nəzərdə tutur, lakin Türkiyə tarixi bir az daha erkən vaxta keçirməyə çalışır.

"Report"un məlumatına görə, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Soçidə keçirilən "Atomexpo 2024" forumunda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

"Akkuyu AES-in ilk reaktorunu bu il istifadəyə vermək üçün intensiv səylər göstəririk. Məqsədimiz budur və xüsusən “Rosatom”, podratçılar və nüvə tənzimləyicimiz istiqamətində işləyirik. Həm texniki, həm də digər çətinliklər var. Ümid edirəm ki, buna nail olacağıq.

“Rosatom”la razılaşmanın şərtlərinə əsasən, ilk reaktorun istismara verilmə tarixi 2025-ci ilə qədər müəyyən edilib. Biz onu bir qədər erkən tarixə keçirməyə çalışırıq", - "Sabah" qəzeti nazirdən sitat gətirib.