“Boeing”in rəhbəri təyyarələrin təhlükəsizliyi problemlərinə görə vəzifəsini tərk edəcək

“Boeing”in rəhbəri təyyarələrin təhlükəsizliyi problemlərinə görə vəzifəsini tərk edəcək

Amerikanın təyyarə istehsalçısı "Boeing"in baş direktoru Devid Kelhun 2024-cü ilin sonunda şirkətin təyyarələrində yaranan texniki problemlər və insidentlər fonunda vəzifəsini tərk etmək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə təyyarə istehsalı korporasiyasının mətbuat xidməti xəbər yayıb.

Şirkət qeyd edib ki, Kelhun şirkətin işini sabitləşdirmək və gələcəyə hazırlamaq üçün kritik işləri başa çatdırmaq üçün il boyu “Boeing”ə rəhbərlik etməyə davam edəcək.

Kelhun 2020-ci ilin yanvarından “Boeing”in baş direktoru vəzifəsində çalışır.