London kiberhücumlara görə Çin vətəndaşlarına sanksiyalar tətbiq edib

London kiberhücumlara görə Çin vətəndaşlarına sanksiyalar tətbiq edib

Birləşmiş Krallıq İngiltərə rəsmilərinə, deputatlarına və qurumlarına qarşı törədilmiş kiberhücumlarda iştiraka cavab olaraq Çinin iki vətəndaşına və bir şirkətinə sanksiya tətbiq edib.

Bu barədə "Birxeber.Az" TASS-a istinadən xəbər verir.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yayımladığı sənəddə qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər APT31 haker qrupunun üzvləri olduğu iddia edilən Çjao Quansyun və Ni Qaobinə şamil edilib. Böyük Britaniya onları qrupun Çin Dövlət Təhlükəsizlik Nazirliyinin adından fəaliyyət göstərdiyini iddia edir. Onların krallığa girişi qadağandır və əgər bu aşkarlansa Britaniya banklarındakı hesabları dondurulacaq.

“Uhan Xiaozhuizhi” elmi və texnoloji şirkəti də sanksiya siyahısına daxil edilib. Britaniya Xarici İşlər Nazirliyi onu APT31-in fəaliyyəti ilə bağlı hesab edir.