Hakan Fidan Stoltenberqlə NATO XİN rəhbərlərinin iclasına hazırlığı müzakirə edib

Hakan Fidan Stoltenberqlə NATO XİN rəhbərlərinin iclasına hazırlığı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş zamanı regional hadisələr və gələn həftə keçiriləcək NATO xarici işlər nazirləri iclasına hazırlıq müzakirə edilib.