Rusiyada yaşayan azərbaycanlılar “Crocus City Hall” terrorunun qurbanlarını yad ediblər

Rusiyada yaşayan azərbaycanlılar “Crocus City Hall” terrorunun qurbanlarını yad ediblər

Rusiyada yaşayan azərbaycanlılar “Crocus City Hall” terrorunun qurbanlarını yad ediblər.

Bu barədə “Report”a Rusiyanın Nijni-Novqorod şəhərində yaşayan həmyerlimiz Anar Quliyev məlumat verib.

Onun sözlərinə görə, şəhərdə yaşayan azərbaycanlılar birlik nümayiş etdirərək 8 min gül, terrorda həyatını itirən uşaqların xatirəsi üçün oyuncaqlar alıblar.

Onlar gül və oyuncaqları mərhum rus hərbçi pilot Valeri Çkalovun heykəlinin önünə düzüblər.

Həmyerlilərimiz terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.