Azərbaycan Avropa İttifaqına taxta tədarükünü 3 dəfədən çox artırıb

Azərbaycan Avropa İttifaqına taxta tədarükünü 3 dəfədən çox artırıb

2023-cü ildə Azərbaycanın Avropa İttifaqına (Aİ) taxta idxalı 2021-ci illə müqayisədə 3,3 dəfə artaraq 868,7 min ABŞ dollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin aprelində Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketinin tətbiqindən bəri, Aİ əsas taxta məhsulları idxalçısı olan Rusiyanı digər ölkələr ilə əvəz edib.

Ötən il Aİ Qazaxıstandan 136,2 milyon ABŞ dolları dəyərində (324 dəfə çox), Gürcüstandan 12,5 milyon ABŞ dolları (3,39 dəfə çox), Qırğızıstandan 8,8 milyon ABŞ dolları (6 448 dəfə çox), Ermənistandan 449,4 min ABŞ dolları (46 % çox) və Taciksitandan 129,9 min ABŞ dolları (6,3 dəfə çox) dəyərində taxta məhsulları göndərilib.

Qeyd edək ki, 5-ci sanksiyalar paketinin tətbiqindən sonra, Avropa İttifaqı bu məhsulların alşını əsasən ABŞ və Türkiyədyən həyata keçirir.

2023-cü ildə Avropa İttifaqı 11,4 milyard ABŞ dolları dəyərində ağac və ağc məhsulları idxal edib. Hesabat dövründə Aİ-nin əsas taxta tədarükçüləri Çin (2,5 milayrd ABŞ dolları; 1 % az), Ukrayna (1,5 milyard ABŞ dolları), ABŞ (1,3 milyard ABŞ dolları; 60 % çox) və Türkiyə (440 milyon ABŞ dolları; 2 dəfə çox) olub