Avstraliya Açıq çempionatında ikinci finalçı bəlli olub

Avstraliya Açıq çempionatında ikinci finalçı bəlli olub

Rusiyalı tennisçi Daniil Medvedev Avstraliya Açıq çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, 27 yaşlı idmançı yarımfinalda Almaniya təmsilçisi Aleksandr Zverevə qalib gəlib.

Görüş Medvedevin 3:2 (5:7, 3:6, 7:6, 7:6, 6:3) hesablı qələbəsi ilə bitib.

O, yanvarın 27-də finalda italiyalı Yannik Sinnerlə üz-üzə gələcək.