Bakıda hoteldə yanğın olub, 25 nəfər təxliyə edilib - YENİLƏNİB-2

Bakıda hoteldə yanğın olub, 25 nəfər təxliyə edilib - YENİLƏNİB-2

Bakının Səbail rayonunda baş verən yanğın zamanı 25 nəfər təxliyə edilib.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunun Qəsr küçəsində yerləşən və hər mərtəbəsi 750 m² olan dördmərtəbəli hotel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

14:38

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

14:29

Bakıda hotel yanır.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Səbail rayonunun Qəsr küçəsində qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.