"Atletiko" kapitanı ilə müqavilənin müddətini uzadıb

"Atletiko" kapitanı ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Atletiko" klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.

"Birxeber.Az" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.